SON XƏBƏR

Meriyada xeyli kompüter yoxa çıxıb - Eldar Əzizov göstəriş verdi

Oktyabr 01
11:32 2018
Bakı Şəhər İcra hakimiyyətində xeyli sayda texniki avadanlıq və kompüterlər yoxa çıxıb.

Qlobal.az unikal.org-a istinadən xəbər erir ki, Bakı Şəhər İcra Hakimiyyətində invertarlaşma işləri aparılır. Buna səbəb meriyadakı iş otaqlarında xeyli miqdarda texniki avadanlıq və kompüterlərin çatışmazlığıdır. Bu da Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizovu çox təəccübləndirib. Onun göstərişi ilə icra hakimiyyətinin bütün strukturlarında yoxlamalar aparılır. Bu işdə prinsipial mövqe tutan Eldar Əzizov aparılan yoxlamaların sonunda ciddi ölçülərin götürülməsini nəzərdə tutur.

Bakı Şəhər İcra Hakimiyyətindən meriada inventarlaşma işlərinin aparıldığını təsdiqləyiblər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook