SON XƏBƏR

"Mercedes"dən Azərbaycan qadınlarına biabırçı 8 Mart təbriki (FOTO)

Mart 06
12:15 2018
Ötən gündən etibarən sosial mediada bir xəbər geniş müzakirələrə səbəb olub. Həmin xəbərdə bildirilir ki, guya ərəb şeyxi yeni aldığı "Mercedes-AMG G 63" markalı avtomobilində azərbaycanlı modeli zorlayıb.

Maraqlıdır ki, nə qadını zorlayan ərəb şeyxinin, nə də zorlanan azərbaycanlı modelin adı açıqlanıb. İddia olunur ki, qadın şeyxi polisə şikayət edəcəyi ilə hədələyib və 1 milyon dollar alaraq susub. Zorlama "Mercedes-Benz G-Class" ofroderinin xüsusi variantların "Night Package" dəsti ilə təchiz edilmiş modifikasiyasında baş verib. 
 


Xəbəri yayan sayt "Arabian Galmagal News" adlı qeyri-müəyyən bir mənbəyə istinad edib. Bu mənbəni tapmaq üçün "Google"da uzun-uzadı axtarışlar apardıq. Lakin belə bir mənbəyə rast gəlmədik.

Sirr deyil ki, bu "məqalə" PR məqsədi ilə yazılıb və "Mercedes-AMG G 63" markasının "reklam"ına hesablanıb. Amma reklam sözündən anlayışı olmayan "marketoloq"lar əslində böyük bir biabırçılığa imza atıblar. Həm də guya bir qadının, özü də azərbaycanlı xanımın zorlanması qarşılığında 1 milyon dollar alaraq susmasını iddia etməklə. O da sirr deyil ki, bu biabırçı "reklam kampaniyası"nın arxasında "Mercedes-Benz Azerbaijan" şirkəti dayanır. Hər halda hansısa bir amerikalının və ya almanın Azərbaycan mətbuatında belə bir xəbər yazdırmasını düşünmək gülüncdür. Çox təəssüf ki, 8 Mart beynəlxalq qadınlar günü ərəfəsində Azərbaycan qadınını təhqir edən belə bir xəbərin sifarişini də, sifarişin haqqını da hansısa bir azərbaycanlı verib. 

Onlar bu addımı atmaqla təkcə Azərbaycan qadınını təhqir etməyiblər, həm də özlərini biabır edib, şirkətlərinin imicinə ciddi şəkildə ziyan vurublar. Hər halda, normal düşüncəli heç bir insan belə bir "reklam kampaniyası"ndan təsirlənərək "Mercedes-AMG G 63" markalı avtomobil almağa qaçmaz. Bunu etsə-etsə, həmin "reklam"ın ideya müəllifləri ilə eyni təfəkkürlü, xəstə düşüncəli adamlar edər... 

Qeyd etdiyimiz kimi, bu "reklam kampaniyası" ötən gündən etibarən sosial mediada ciddi tənqidlərə və etirazlara səbəb olub. Tanınmış marketoloqlar, ictimai şəxslər xəbərə sərt reaksiya verib, bu addımı atanları tənqid ediblər.
 
Marketoloq Azər Nəzərovun biabırçı reklamla bağlı mövqeyi sərt olub: "İndi yəqin "Mercedes-Benz Azerbaijan"dakılar oturub, PR məqalələrinin nə qədər çox oxunduğundan bəh-bəhlə danışırlar. Şirkətin imicini necə zədələdiklərindən, öz sürücülərini necə təhqir etdiklərindən, hətta hər bir "Mercedes-Benz" sürücüsünün zorlama potensialına sahib olduğunu bildirdikklərindən də yəqin xəbərdardırlar. Özü də 8 Mart öncəsi! Kimsə yəqin deyib ki, PR məqaləsi belə olur!!!"

Marketoloq Pərviz Əzimov məsələyə belə reaksiya verib: "Sən axı "Mercedes"sən, niyə özünü Tolikin təzə-təzə populyarlaşdırdığı müğənni kimi aparırsan? Güya bunlar PR məqalə yazıb...".
 
Məsələ ilə bağlı şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.
 
(Qaynar.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook