SON XƏBƏR

Mərakeş IV İslam Həmrəyliyi Oyunlarına 145 idmançı ilə qatılacaq

Aprel 28
12:41 2017
Mərakeş Azərbaycanın paytaxtı Bakıda mayın 12-dən start götürəcək IV İslam Həmrəylik Oyunlarına 13 idman növündə 145 idmançı ilə qatılacaq. Bu barədə
Mərakeş Milli Olimpiya Komitəsindən ölkənin yerli mətbuatına məlumat verilib.
 
Bakıya mayın 5-dən etibarən 4 qrupda gələcək Mərakeş nümayəndə heyətində, həmçinin 60 əməkdaş və rəhbər şəxslər də təmsil olunacaq.
 
Qeyd edək ki, 2013-cü ildə İndoneziyada təşkil edilmiş III İslam Həmrəylik Oyunlarında Mərakeş komanda hesabında altıncı yeri tutmuşdu.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook