SON XƏBƏR

“Məni həyəcanlandıracaq təklif yoxdur” - Çağla Şikel

Oktyabr 25
00:15 2016
Türk model və aparıcı Çağla Şikel gələcək karyerası ilə bağlı açıqlamalar verib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 37 yaşlı model Türkiyədə əvvəlki qədər dəfilə keçirilmədiyindən təəssüflənib və sadəcə güvəndiyi modelyerlərin geyimlərini geyindiyini bildirib.
 
Ç.Şikel modelliyə davam edəcəyini, bir tərəfdən də təklif olarsa aktrisa kimi filmlərdə rol ala biləcəyini deyib:
 
"Serial təklifləri tez-tez gəlir. Mən uyğun gələcəyini düşündüyüm bir layihə olarsa, əlbəttə ki, qəbul edə bilərəm. Hələlik məni həyəcanlandıran belə bir təklif yoxdur. Olarsa, bu barədə məlumat verəcəyəm”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook