SON XƏBƏR

“Mən Şuşaya köçmək istəyirəm” - İcra başçısı

May 24
19:00 2017
"Qarabağın erməni icması var ki, onlarla görüşüb bir araya da gələ bilək?!. Biz onlara müraciət edib görüş barədə nəsə desək, Ermənistan hakimiyyəti icmanın dərsini elə verər ki, bir də görüşlə bağlı müraciətə razılıq verməzlər. Həm də ermənilərin icması yoxdur. Gündə bir fikrə düşürlər. Ona görə də yaxın vaxtlarda görüş gözlənilmir”. 

Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib.
 
İcmanın rəhbəri Cocuq Mərcanlıda icmanın ofisinin açılması məsələsinə də münasibət bildirib.
 
"Cocuq Mərcanlıya gedib ilk namazımızı qılmışıq. Azan da oxunub. Güman ki, Cocuq Mərcanlıda bizim icmanın üzvlərindən nə vaxtsa ola bilər. Hələlik, ofis açmaq barədə düşünmürük. Mən Şuşaya köçmək istəyirəm”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook