SON XƏBƏR

"Mən, Əbülfəs müəllimin sürücüsüyəm" - Nazir kimi sualı eşitdi, sürücü kimi cavab verdi...

May 07
11:01 2018
Mədəniyyət naziri Əbülfəs Qarayevin xalq artisti Fuad Poladovun ölümü ilə bağlı baş sağlığı verməməsi, həmçinin, onun dəfninə qatılması cəmiyyətdə ciddi tənqidə məruz qalıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə Əbülfəs Qarayevə sərt ittihamlar səsləndilirlir.

Bəs görəsən, nazir özü bu barədə nə düşünür?

Gununsesi.info-nun əməkdaşı hörmətli nazirə telefon açaraq, onun mövqeyini soruşub. Əbülfəs Qarayevlə qısa dialoqumuzu olduğu kimi təqdim edirik:

– Əbülfəs müəllim, salam. Sİzi Gununsesi.info xəbər saytından narahat edirik.

-Salam. Buyurun eşidirəm…

-Cənab nazir, Fuad Poladovun ölümü ilə bağlı başsağlığı verməməyiniz, habelə, dəfn mərasiminə qatılmamağınız ciddi tənqidlərə səbəb olub. Bu tənqidləri qəbul edirsinizmi?

– Bir anlıq fikrə gedir (red.)… Mən, Əbülfəs müəllimin sürücüsüyəm. Təəssüf ki, sizin suala cavab verə bilməyəcəm.

Əməkdaşımızın nazirlə qısa dialoqundan bir neçə dəqiqə sonra nazirliyin sözçüsü Vüqar Şıxməmmədov redaksiyamıza telefon açıb. 

Sualımızla bağlı Şıxməmmədov bildirib ki, nazirliyin rəsmi orqanı olan "Mədəniyyət” qəzetində Fuad Poladovun ölümü ilə bağlı başsağlığı dərc ediləcək: "Dəfn mərasimində iştirak məsələsinə gəlincə, nazirliyin incəsənət şöbəsinin müdiri və mən bu tədbirə qatılmışıq”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook