SON XƏBƏR

“Məmurların qazancı vətəndaşın üzərinə yüklənilir” - Ekspert danışır

Fevral 01
12:14 2021
"Xarici investorları cəlb etmək üçün qiymətləri artırmaq lazım idi”, "Tarif Şurasının sudan istifadəyə görə qiymətləri artırması heç bir məntiqlə izah edilə bilməz”

Bu fikirləri Tarif Şurasının qiymət artımını KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

Ekspert bildirib ki, dəfələrlə dövlət şirkətlərinin qeyri-rentabelli çalışdığı, gəlirlilik səviyyəsinin aşağı olduğu, büdcədən daha çox datasiya aldığı və vergi ödəmədiyi haqda fikirlər səsləndirilib. Əgər bu fikirlər səsləndirilirsə, o zaman normal audit yoxlamaları həyata keçirib, şirkətlərin hansı səbəbdən ziyanla işlədiklərini müəyyənləşdirmək lazımdır:” Yəni ilk növbədə şirkətlərin özlərinin xərcləri ilə bağlı ciddi araşdırma aparılmalı, bundan sonra xərclərin azaldılması ilə həmin şirkətlərin rentabelli işləməsinə şərait yaradılmalı idi. Amma görünən odur ki, asan yol seçilir və həmin sahələrə cavabdehlik daşıyan məmurların hərisliyi, onların qazancları vətəndaşın üzərinə yüklənilir”.

Natiq Cəfərlinin sözlərinə görə, çox güman ki, paylayıcı şirkətlərin ya uzunmüddətli icarəyə verilməsi, ya da xarici investorlara satılması planlaşdırılır:

" Amma istehsalın özü dövlətin əlində qalacaq. Xarici investorları cəlb etmək üçün isə qiymətləri artırmaq lazım idi. Bu da baş verdi. Ona görə də, su və kanalizasiyadan istifadə görə tariflərin yüksəlməsi, benzin və dizeldən sonra infilyasiyanı sürətləndirən ən böyük amilə çevrilməklə yanaşı sonuncu qiymət artımı deyil. Çox güman ki, bundan sonra digər kommunal xidmətlərin qiymətinin artımını müşahidə edəcəyik”. Ekspert əlavə edib ki, torpaqlarımızın işğaldan azad edilməsi, su imkanlarımızı da artırıb. Belə olan halda su mənbələri çoxdursa, maya dəyəri də azalmalıdır. Amma bu baş verdikcə, əhaliyə verilən suyun qiyməti artırılır. Ona görə də, çıxarılan qərarlarda ciddi məntiqsizlik mövcuddur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook