SON XƏBƏR

Məmurların kürsü davası... - İDDİA

Avqust 18
10:04 2017
Bu günlərdə "Azərışıq” ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyevlə bağlı yaranan müəmmaya tam aydınlıq gətirilib. Qara Nəbiyevin vəzifəsilə birdəfəlik vidalaşdığı dəqiqləşib. Qeyd edək ki, bu ilin aprel ayında Qara Nəbiyevin tutduğu vəzifədən istefaya göndərilməsinə dair xəbər yayıldı. Həmin vaxt bildirilirdi ki, Qara Nəbiyevlə "Azərişıq” şefi Baba Rzayevin münasibətində yaranan gərginlik Nəbiyevin qurumdan uzaqlaşması ilə nəticələnib. Sonra qeyd edildi ki, Nəbiyev səhətilə əlaqədar məzuniyyətə çıxıb və tezliklə öz işinə qayıdacaq. Bütün məzuniyyətini qardaşı Müsavər Nəbiyevə məxsus olan, 8 km ərazisindəki restoranda keçirən Qara Nəbiyev nədənsə, "Azərişıq” la yollarını birdəfəlik kəsməli oldu. Bildirilir ki, Qara Nəbiyev əvvəlki postuna qayıtmağa çox cəhd etsə də, Baba Rzayevibn razılığını ala bilməyib və elə bu səbəbdən də, oyundankənar vəziyyətə düşüb.

Əldə etdiyimiz məlumata görə, 2017-ci il Qara Nəbiyevin Vergilər Nazirliyində müşavir işləyən qardaşı Müsavər Nəbiyev üçün də, uğursuz olub. Belə ki, o yaşı ilə əlaqədar təqaüdə göndərilib. Çox gümrah insan təsiri bağışlayan Müsavər Nəbiyevin bundan sonra da çalışdığı nazirlikdə vəzifəsini icra etmək imkanı olub. Çünki qanunvericilik və səhəti buna tam imkan verirmiş. Görünür, sabiq müşavir təqaüdə getməklə sudan quru çıxmağı daha məqbul sayıb. Qeyd edək ki, əslən Qəbələ rayonundan olan Nəbiyev qardaşları "fövqəlnazir” Kəmaləddin Heydərova yaxın olan kadrlar kimi xarakterizə olunublar.

Azinforum.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook