SON XƏBƏR

Məmur və xanımının 194 minini ələ keçirən şəxs məhkəmədə həbs edildi

Mart 12
12:31 2018
Məmura və xanımına külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasan Ayaz Məhərrəmov barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından həbs edilib.
 
Ayaz Məhərrəmov 5 il müddətin azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb.
 
F.Babayeva və R.Babayev iş qurmaq adı ilə Azadi Paşayev və Ayaz Məhərrəmova 194 min manat veriblər.
 
Məlumata görə, Azadi Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Ayaz Məhərrəmov iş üzrə məsuliyyətə cəlb olunub. Ayaz Məhərrəmov pulun ona çatmadığını iddia edir.
 
Ayaz Məhərrəmov Cimayət Məcəlləsinin 178.3.2-ci(külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
 
Qeyd edək ki, Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook