SON XƏBƏR

Məmmədyarov Mnatsakanyanla Milanda görüşə bilər

Noyabr 13
13:06 2018
Dekabrın 6-7-də İtaliyanın Milan şəhərində keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşə bilər.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan "Milanda erməni nazirlə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov arasında görüş olacaqmı” sualını belə cavablandırıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən belə bir təklif edilib. Görüşün yeri və vaxtı hər iki tərəflə dəqiqləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook