SON XƏBƏR

Məmmədyarov-Mnatsakanyan görüşünün yeri və tarixi açıqlandı

Yanvar 14
11:24 2019
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransanın paytaxtında keçiriləcək. 

Danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq. 

Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
 
Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook