SON XƏBƏR

Məmməd Musayev: Azərbaycanda əlverişli biznes mühiti mövcuddur

Mart 29
17:05 2017
«Azərbaycanda əlverişli biznes mühiti mövcuddur». Bu fikri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
 
M.Musayev bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri özəl sektorun inkişafına yönələn mühüm addımdır. Onun sözlərinə görə, strateji yol xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək.
 
«Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyət göstərdiyi müddətdə kiçik və orta sahibkarlığın problemlərinin öyrənilməsi, mövcud problemlərin müvafiq qurumlara çatdırılması sahəsində bütün cari fəaliyyətini Strateji Yol Xəritəsinin hədəflərinə uyğun quracaq»- deyə, M.Musayev vurğulayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook