SON XƏBƏR

Məmməd Musayev: Azərbaycana yatırılan sərmayələrin 50 faizdən çoxu xarici investorların payına düşür

Fevral 14
16:00 2018
Azərbaycana yatırılan sərmayələrin 50 faizdən çoxu xarici investorların payına düşür.
 
Bu barədə fevralın 14-də Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda keçirilən konfransda deyib.
 
O bildirib ki, 14 ildə Azərbaycan iqtisadiyyatı uğurlu yol keçib. Əmək haqları və pensiyalarda dəfələrlə artım müşahidə edilib. Həyata keçirilən tədbirlər nəticəsində regionların inkişafı, kənd təsərrüfatında əldə edilən uğurlar iqtisadiyyatın gələcək perspektivlərindən xəbər verir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook