SON XƏBƏR

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 318 nəfərə çatıb

Sentyabr 25
13:37 2017
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 318  nəfərə çatıb.
 
Qlobal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox - 180 ölüm halı Mexiko şəhərində qeydə alınıb. Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook