SON XƏBƏR

Mehriban Zeynalova Nuşirəvan Məhərrəmliyə müraciət etdi: “Zaur Kamalın verilişi ilə bağlı tədbir görün”

Noyabr 17
17:03 2017
"Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib. 
 
Cebhe.info xəbər verir ki, M.Zeynalova müraciətində  Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişinin "Elçilik" rubrikasında 7-ci sinif şagirdi üçün elçilik mərasiminə getməsinə diqqət yetirilməsini vacib hesab edib: 
 
"Ölkədə erkən nikahla bağlı bu qədər iş görülərkən, Zaur  Kamal bu ölkənin qanunlarından və siyasətindən xəbərsizdirmi? Yaxud şoularını qanundan yüksəkdə tutur? Ümid edirəm ki, rəhbərlik etdiyiniz MTRŞ bu qəbildən olan proqramlara, konkret bu halda sözügedən verilişlə bağlı tədbir görəcək. Bu qəbildən olan çıxışlar erkən nikahın təbliğidir, ölkədə erkən nikahların qarşısının alınması istiqamətində aparılan işlərə kölgə salmaqdır və qətiyyətlə diqqətdən kənarda saxlanıla bilməz”.
 
Cebhe.info xatırladır ki, Zaur Kamal "5də 5" verilişinin "Elçilik" rubrikası üçün rayonların birinə elçiliyə gedib.
 
Oğlan evi qız evini razı sala bilmədiyi üçün qız qapısına Zauru göndərib. Zaur qızın evinə gəlib və anası ilə həmsöhbət olub. Söhbət zamanı məlum olub ki, Zaurun elçi getdiyi qız 7-ci sinif şagirdidir. Bunu qızın anası bildirib. O, qızının hələ uşaq olduğunu, məktəbdə oxuduğunu və evlənmək barədə düşünmədiyini deyib. Buna baxmayaraq, aparıcı qızı onlara vermələri üçün təkid edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook