SON XƏBƏR

Mehriban Əliyeva Şamaxıda səfərdə olub (FOTOLAR)

Sentyabr 14
22:57 2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonunda səfərdə olub.

Qlobal.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Mehriban Əliyeva Şamaxı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Daha sonra Mehriban Əliyeva və Leyla Əliyeva Şamaxı rayonu, Gülağa Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbinin açılışında iştirak ediblər.

Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook