SON XƏBƏR

Mehriban Əliyeva: “Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur”

Noyabr 15
14:26 2017
Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Biz hazırda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradırıq. Tariximiz və bugünkü reallıq bunun mümkünlüyünü sübut edir.
 
"AzərTAc” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə Bakının "Expo 2025” Sərgisinə namizəd şəhər olması münasibətilə keçirilən qəbulda bildirib.
 
"Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda "Multikulturalizm İli”, 2017-ci ili isə "İslam Həmrəyliyi İli” elan etdik. 2015-ci ildə keçirilən birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir”, - deyə Birinci vitse-prezident qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook