SON XƏBƏR

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

İyul 08
00:25 2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Qlobal.Az xəbər verir ki, Mehriban xanım bu barədə "İnstagram”da yazıb: 

"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!"
 
Qlobal.Az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook