SON XƏBƏR

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi

Avqust 15
10:35 2018
Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Bu barədə Mehmanın vəkili Şəhla Hümbətova "Qafqazinfo"ya açıqlamasında bildirib.

Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.

Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook