SON XƏBƏR

Mehman Hüseynov azadlıqda

Yanvar 10
17:12 2017
Blogger Mehman Hüseynov Nəsimi rayon Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Sərbəst buraxıldıqdan az sonra o, məhkəmə binası önünə yığılmış media nümayəndələrinə, eləcə də QHT təmsilçilərinə açıqlama verib. M.Hüseynov həbs edildiyi zaman məruz qaldığı fiziki təzyiqlərdən danışarkən hisslərini cilovlaya bilməyərək, bir neçə dəfə ağlayıb.

Xatırladaq ki, hakim M.Hüseynova 200 manat cərimə cəzası kəsib.

Aşağıda M.Hüseynovun videoçıxışına baxa bilərsiniz.(Musavat.com)





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook