SON XƏBƏR

Məhkəmə Trampın ikinci qadağasını da dayandırıb

Mart 16
10:55 2017
ABŞ prezidenti Donald Trampın səyahət qadağası üçün ikinci cəhdi də məhkəmə tərəfindən əngəllənib. ABŞ-ın Havay ştatındakı bir federal hakim, prezident Trampın ikinci səyahət qadağası qərarnaməsinin icrasını dayandırıb. Qərarın bu gün qüvvəyə minməsi planlaşdırılırdı. Beləcə, Trampın seçki vədi olaraq təqdim etdiyi müsəlman ölkələrə və mühacirlərə dair səyahət qadağasına cəhd ikinci dəfə məhkəmə tərəfindən dayandırıldı.
 
Federal Hakim Derrick Vatsonun ləğv etdiyi prezident fərmanı əksəriyyəti müsəlman olan 6 ölkə vətəndaşlarının 90, mühacirlərin isə 120 gün ərzində ABŞ-a girişini yasaqlayacaqdı.
 
Tramp bu tətbiqin terrorçuları dayandıracağını söyləyərkən, müxalifət bunun ayrı-seçkiliyə dayanan bir qanun olduğunu deyirdi. Haay qərarnamənin ləğvi üçün iddia açan çox sayda əyalətdən biri idi. Havayda açılan iddiada vəkillər insanların təmsil etdikləri xalqa görə fərqli sayılmasının ayrı-seçkilik olduğunu, bu səbəblə qərarın ABŞ konstitusiyasına zidd olduğunu açıqlayıb.
 
Ağ Ev hələ məsələyə münasibət bildirməyib.
 
azadliq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook