SON XƏBƏR

Məhkəmə deputatın oğlu barədə 3 aylıq həbs qərarı verdi

Avqust 19
16:21 2019
"Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydüyünə görə, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı haqda məhkəmə qərar çıxarıb.

Qlobal.az-ın unikal.org-a istinadən verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Mirhəmid Nərimanlı 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Xatıraldaq ki, baş verən hadisə nəticəsində, deputatın oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook