SON XƏBƏR

Məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcək

Sentyabr 30
10:32 2016
Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir.
 
Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdeyib.
 
Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişilliklərlə artıq bu hallara yol verilmir.
 
M.Qurbanlı əlavə edib ki, bütün dini tədbirlər məscidin içərisində və əhatəsində olmalıdır. O cümlədən müxtəlif dini atributları da nümayiş etdirmək olmaz: "Bu, yalnız məscidin daxilində olmalıdır. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Biz bu barədə geniş izahat işi aparmışıq. Şənbə günü bizim bölgə şöbə müdirlərinin iştirakı ilə müşavirə keçirəcəyik. Burada da yenə tapşırıqlar veriləcək. O cümlədən gələn həftə şeyxülislam Allahşükür Paşazadə ilə birgə Lənkərana birgə səfərimiz olacaq. Biz orada bu məsələləri bir daha müzakirə edəcəyik".
 
M.Qurbanlı qeyd edib ki, məhərrəmlik ayının keçirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası fətva verib: "Fətvada birmənalı göstərilib ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir. Eyni zamanda, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin tətbiq və təqdim etdiyi təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki bizim ölkəmizdə QMİ-nin tərtib etdiyi təqvim məscidlərə aiddir. Məzhəbindən asılı olmayaraq, bütün məscidlər bu təqvimlərə əməl etməlidirlər. Komitənin yerlərdə olan şöbələri buna əməl edilməsi ilə əlaqədar monitorinqlər keçirəcəklər. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook