SON XƏBƏR

Məhəmmədrəsul Məcidov dünya çempionatının finalına çıxdı

Sentyabr 02
09:14 2017
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında finalçıların adına aydınlıq gəlib.

"Report" xəbər verir ki, Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.
 
+91 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz finala gedən yolda avstraliyalı Jozef Qudelli mübarizədən kənarlaşdırıb. O, 1/2 finalda rəqibini 4:1 (30:26, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.
 
Məcidov sabah baş tutacaq həlledici görüşdə qazaxıstanlı Kamşibek Kunkabayevlə üz-üzə gələcək.
 
Qeyd edək ki, yarışa 4 boksçu ilə qatılan komandamızın aktivində hələlik bir bürünc medal var. Mükafatı ölkəmizə Kamran Şahsuvarlı (75 kq) qazandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook