SON XƏBƏR

Medvedev 2008-ci ildə rus tanklarını Tiflisə doğru irəliləməsini nə üçün dayandırdığını izah etdi

Avqust 07
13:33 2018
"2008-ci ildə Rusiyanın nə Gürcüstan ordusunu əzmək, nə də Mixail Saakaşvilini edam etmək fikri olmayıb. Biz sadəcə Gürcüstan qoşunlarını Sxinvalidən uzaqlaşdırmaq və burada qayda-qanun yaratmaq istəyirdik”.

Bu sözləri baş nazir Dmitri Medvedev Rusiyanın Gürcüstan torpaqlarını işğal etməsi ilə nəticələnən "Avqust müharibəsi”nin 10 illiyi münasibətilə "Kommersant” qəzetinə verdiyi müsahibədə deyib.

2008-2012-ci illərdə Rusiyanın prezidenti səlahiyyətlərini icra edən D.Medvedev həmin dövrdə çəkilmək haqqında verdiyi qərarının, hadisələrin daha da dərinləşməməsi baxımından doğru olduğunu söyləyib. Onun fikrincə, hərbi əməliyyatlaırn dayandırılması Cənubi Osetiya və Abxaziyada situasiyanı sakitləşdirməyə, Avropa Birliyi ölkələri ilə münasibətləri sabitləşdirməyə imkan verib.

Rusiya baş naziri münaqişənin həmin vaxt Gürcüstana rəhbərlik edən, keçmiş prezident Mixail Saakaşvilinin "əxlaqsız” hərəkətləri ucbatından baş verdiyini sözlərinə əlavə edib. Onun bildirdiyinə görə, Saakavşili müdaxilədən öncə Vaşinqtondakı himayədarlarından məsləhət alıb.

Xatırladaq ki, öz ərazi bütövlüyünü bərpa etmək və Cənubi Osetiyadakı separatçı rejimin təxribatçı hərəkətlərinə son vermək istəyən Gürcüstan bölgəyə daxil olmağa cəhd etmiş, lakin Rusiyanın bütün beynəlxalq hüquq norma və qaydaları pozaraq, Gürcüstan topraqlarına girməsi nəticəsində hücum dayandırılmışdı.

Rusiya sonradan heç bir əsas olmadan Cənubi Osetiya və Abxaziyadakı oyuncaq qurumları "müstəqil dövlət” kimi tanıyaraq Gürcüstanın bir hissəsinin işğalına hüquqi don geyindimişdi.
 
(Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook