SON XƏBƏR

Mədət Quliyev DTX ilə vidalaşdı və öz nazirliyinə getdi

İyun 21
15:06 2019
Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi fəaliyyətə başlayıb.
 
"Qafqazinfo”nun xəbərinə görə, M.Quliyev öncə DTX-nin Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.
 
Daha sonra isə Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim olunub.
 
Mərasimdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook