SON XƏBƏR

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun idarə rəisi Avropada əmlak şirkəti yaradıb - FOTO

İyul 05
08:47 2020
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun idarə rəisi Hacıqulu Sadıqovun Avropada şirkəti aşkara çıxıb. 
 
Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində məlumat yayıb.
 
Məlumata görə Hacıqulu Sadıqov bir neçə il əvvələ qədər Energetika Nazirliyində Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışıb: "Deputat Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna direktor təyin olunandan sonra Hacıqulu Sadıqov Fondun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi təyin edilib. 

H. Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsi hələ də işğal altında olan Füzuli rayonunun adını qoyub. 

Sənədlərə görə Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Prag, Modřany, Na schoddkách 134/6 ünvanında qeydiyyatdan keçirib. 

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib".
 
***

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yayılan xəbərə münasibət bildirib. Fonddan Qlobal.az-a verilən məlumatda deyilir: "Xəbərdə adı çəkilən Hacıqulu Sadıqov 2019-cu ilin mart ayında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici şöbənin müdiri vəzifəsinə təyin edilib. H. Sadıqov bu vəzifədə 1 ay yarım çalışdıqdan sonra işdən çıxarılıb. Hazırda H. Sadıqov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda heç bir vəzifədə təmsil olunmur".
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook