SON XƏBƏR

Məcburi köçkün ailəsindən Rövşən Rzayevə müraciət: “Bizi bu iztirabdan xilas edin“

İyun 18
15:52 2019
26 ildir Beyləqan rayonu 37 saylı Yol İstismar İdarəsinin ərazisində məskunlaşan Füzuli rayon Veysəlli kəndindən məcburi köçkün düşmüş Tanverdiyevlər ailəsi Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət ünvanlayıblar. 

Qlobal.az xəbər verir ki, AzFakt.com-a göndərilən müraciətdə ailə başçısı İbadət Tanverdiyev bildirir ki, 27 ildir çiy kərpicdən tikdikləri daxmada məskunlaşıblar. Bu 26 ildə dövlətə olan inamlarını itirməyən Tanverdiyevlər ailəsi Qaçqın və Məcburi Köçkünlər Üzrə Dövlət Komitəsinin sədri  Rövşən Rzayevdən xahiş edirlər ki, onları Xocavənd rayonunda məcburi köçkünlər üçün inşa edilmiş mənzillərdən biri ilə təmin edilməsinə köməklik göstərsin. 

Məcburi köçkün ailəsi qeyd edir ki, bir neçə dəfə Komitənin Beyləqandakı nümayəndəliyinə müraciət etsələr də, onlara məsələ ilə yuxarı qurumlar məşğul olduğunu bildiriblər və onlara müraciət etməyi məsləhət görüblər.

Ağır iztirab içində yaşayan Tanverdiyevlər ailəsi ümid edirlər ki, Rövşən Rzayev onların 26 illik zülmünə son qoyacaq və sevindirəcək.
 










Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook