SON XƏBƏR

MDB-də ən yüksək qiymət artımı Ermənistanda baş verdi

Mart 14
10:31 2019
2019-cu ilin yanvarında MDB ölkələrində sənaye istehsalı keçən ilin analoji dövrüylə müqayisədə 1,3% artıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı MDB Statistika Komitəsi yayıb. Məlumata görə, cari ilin yanvarında istehlak qiymətləri MDB ölkələrinin ərazisində 1% yüksəlib. İstehlak qiymətləri ən çox Ermənistanda (1,7%) yüksəlib. Ondan sonrakı yerləri Özbəkistan (1,5%) və Moldova (1,3%) tutub. Ən az artım isə Qazaxıstan (0,5%), Qırğızıstan (0,4%) və Azərbaycanda (0,2%) qeydə alınıb.

Yanvar ayında MDB ölkələri arasında ən çox Tacikistanda ümumdaxili məhsul artımı (7,3%) yaşanıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook