SON XƏBƏR

Maştağada zeytun bağlı məhv edildi

İyul 04
07:55 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Sabunçu rayonu Maştağa qəsəbəsinin sakini Rövşən Musayev tərəfindən Maştağa qəsəbəsində zeytun bağının yandırılaraq məhv edilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı uzun müddət baxımsız qalaraq köküstə tam qurumuş zeytun və badam ağaclarının olduğu, 7 ədəd zeytun ağacının isə traktor vasitəsilə kökündən çıxarıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub, təqsirkarların müəyyən edilməsi və barələrində qanunamüvafiq tədbir görülməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə məktub göndərilib.
 
Araşdırma zamanı müəyyən olub ki, Abşeron rayon İcra Hakimiyyətinin 21.07.2016-cı il tarixli 224 nömrəli sərəncamı ilə Abşeron rayonu Maştağa Subtropik Sovxozu ərazisində yerləşən çoxillik zeytun və badam ağaclarından ibarət 40 hektar torpaq sahəsi yeni badam bağının salınması ilə əlaqədar "İdeal-Biznes” CO MMC-yə 99 il müddətinə icarəyə verilib. Hər iki qurum arasında Torpaq icarəsi müqaviləsi bağlanıb.
 
Faktla bağlı torpaq mülkiyyətçisi Abşeron rayon İcra Hakimiyyətinə və torpaq istifadəçisi "İdeal-Biznes” CO MMC-yə məktubla müraciət edilib.(musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook