SON XƏBƏR

Maska pulsuz paylansın, sonra cərimə etsinlər - İqtisadçı alim

İyun 30
10:12 2020
"Hesab edirəm ki, ən düzgün yol maskaları pulsuz paylamaqdır".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, hazırda tibbi maska istehsalı ilə gündəlik istehsal gücü 200-250 min olan "Bakı Tekstil Fabriki” MMC və gündəlik istehsal gücü 300 min olan "Gilan Tekstil Park” MMC məşğuldur:

"Bakı Tekstil Fabriki”nin investisiya xərcləri 3,9 milyon manat olduğu bildirilsə də, "Gilan Tekstil Park” MMC-nin istehsalının neçəyə başa gəldiyi, eləcə də 1 maskanın istehsal maya dəyərinin neçə qəpik olduğu açıqlanmır. Görünən odur ki, iki müəssisə birlikdə hər gün 500 min ətrafında tibbi maska istehsal edir və hər iki müəssisənin anbarları tibbi maska ilə doludur. Satış zəifdir. Yeni cərimələr satışın artırılması hesabına əhalinin tibbi maskalardan istifadə səviyyəsinin yüksəldilməsinə hesablanıb".

Qubad İbadoğlu bildirib ki, ictimai yerlərdə maska taxmaq vacibdir: "Amma düşünürəm ki, bu problem cərimə ilə tam həll olunmayacaq. Hesab edirəm ki, ən düzgün yol maskaları pulsuz paylamaqdır, ondan sonra cəriməni nə qədər istəyirlər təyin etsinlər. Yəni, bu zaman maska varındır, niyə geyinmirsən, tələbi irəli sürülə bilər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook