SON XƏBƏR

Masallıda oğurluq: 60 min manat pul, 5 min qızıl aparıldı (VİDEO)

İyun 13
21:43 2020
Masallının Böyük Kolatan kənd sakini Mətləb Cəfərov yerli hüquq-mühafizə orqanlarının fəaliyyətindən şikayətçidir.

O, Arqument.az-a bildirib ki, fevralın 19-da evində saat 20:00-da oğurluq hadisəsi baş verib. 

Evindən 60 min manat nağd pul və 5 min manat dəyərində qızıl oğurlanıb. Hadisə barədə polisə də məlumat verilib, lakin hadisədən bir neçə ay keçməsinə baxmayaraq, oğurlar tapılmayıb.

Mətləb Cəfərov deyir ki, oğurluq hadisəsi kameralara da düşüb.

O, hadisənin videogörüntüsünü də arqument.az-a təqdim edib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook