SON XƏBƏR

Masallıda nə baş verir? - Bələdiyyə sədri icra hakimiyyətini niyə pis vəziyyətdə qoydu? TƏFƏRRÜAT

May 26
11:59 2017
Masallı rayonunun Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərinin ərazisində 77 evdə çökmə baş verdiyi, həmin evlərdən 35-nin tam qəzalı vəziyyətə olduğu və bir neçə ailənin evakuasiya olunduğu ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı ilə əlaqə saxladıq. Başçı müavini "Qaynarinfo"ya açıqlamasında bələdiyyə sədrinin məsələni şişirtdiyini və yayılan məlumatların ajiotaj xarakterli olduğunu bildirib:

"Yayılanlar dezinformasiya xarakterli məlumatdır. Bu hadisə tamam fərqli bir aspektdədir. Təxminən 2014-cü ildə 10-a yaxın evdə çatlar əmələ gəlib ki, bunun da səbəbi Masallının bəzi kəndlərinin tektonik zonada yerləşməsidir. Bu da daha çox köhnə, istifadə müddətini başa vurmuş evlərdə özünü göstərib. Buna baxmayaraq biz 2014-cü ildə Ekologiya Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə məsələ ilə bağlı müraciət etmişik. Nazirlər Kabinetinin bununla bağlı qərar qəbul etməsindən sonra çatların araşdırılması, həmçinin əraziyə nəzarətlə bağlı mütəxəssislər cəlb olunub və onlar da gözlə görünə bilən sürüşmə və çökmə olmadığını bildiriblər. Dünən bir bələdiyyə sədri onu özü üçün şişirdib, indi də yanımdadır. Deyir mən elə bir məlumat verməmişəm. Mənim adımdan yazaraq ajiotaj yaratmaq istəyiblər. Orada heç bir təhlükəli vəziyyət yoxdur və həmin evlərdə hazırda yaşayış var. Məsələ ilə bağlı daha da ətraflı araşdırma aparılacaq, əgər problem həqiqətən də ciddi olsa, bununla bağlı tədbirlər görüləcək".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook