SON XƏBƏR

Maroş Şevçoviç: “AİB indiyədək ən böyük vəsaiti Cənub Qaz Dəhlizinə ayırıb”

Fevral 15
15:35 2018
"Cənub Qaz Dəhlizinin Avropa üçün strateji əhəmiyyəti var”.
 
Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse- prezidenti Maroş Şefçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı deyib.
 
"Avropa tәrәfindәn Cәnub Qaz Dәhlizinin strateji әhәmiyyәtini vurğulamaq istәrdim. Bu yaxınlarda Avropa İnvestisiya Bankı (AİB) tərəfindən bu layihənin maliyyələşdirilməsinə ayrılan vəsait hәmin bankın tarixindә tәk bir layihәyә ayrılan әn yüksәk məbləğ olub," – deyə M. Şevçoviç qeyd edib.
 
Xatırladaq ki, cari ilin fevralın 6-da AİB Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. avro həcmində kreditin ayrılmasını təsdiq edib.
 
Qeyd edək ki, bu günədək Cənub Qaz Dəhlizi layihəsinə Asiya və Avropanın aparıcı beynəlxalq maliyyə qurumları, o cümlədən, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankı qrupunun digər üzvü olan Çoxtərəfli İnvestisiya Təminatı Agentliyinin (MİGA) qarşılıqlı zəmanəti ilə bir sıra kommersiya bankları tərəfindən birbaşa kredit vasitəsilə dəstək göstərilib.
 
Cənub Qaz Dəhlizi layihəsinin məqsədi "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP qaz boru kəmərləri vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. (APA)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook