SON XƏBƏR

Mariya Zaxarova Rusiyanın Azərbaycana münasibəti haqda

Yanvar 20
00:18 2017
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "keçən il Rusiyanın Ermənistan və Azərbaycanla münasibətləri necə formalaşıb” sualına cavabında Rusiya xarici siyasət idarəsinin başçısı Serqey Lavrovun sözlərinə nəsə əlavə etməkdən imtina edib.
 
Virtualaz.org bildirir ki, xəbəri Novosti Armeniya yayıb.
 
"Sergey Lavrov iki gün əvvəlki mətbuat konfransında bizim mövqemizi tam təfərrüatı ilə ifadə etdi. Düzü, mənim hətta nəsə əlavə etmək üçün heç bir sözüm yoxdur", - deyə Zaxarova vurğulayıb.
 
Xatırladaq ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də keçirilən mətbuat konfransında Qarabağla bağlı suala cavab verərkən demişdi: "Bu artıq abstrakt məsələ deyil və Dağlıq Qarabağ münaqişəsi müstəsna olaraq Azərbaycanın daxili işi də deyil”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook