SON XƏBƏR

Mariya Zaxarova Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı

İyul 31
11:20 2018
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan KİV-lərinə müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

Qeyd edək ki, bu günlərdə M.Zaxarova Azərbaycanda səfərdə olub və "Jara” musiqi festivalında iştirak edib.

Lakin Bakını tərk edən kimi M.Zaxarova Rusiyanın "Sputnik” agentliyinin erməni versiyasına müsahibə verib və həmin müsahibədə Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin bu yaxınlarda 2016-cı ilin aprel ayında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səs-küylü səfərini şərh edib.

Xatırladaq ki, Azərbaycana səfərləri çərçivəsində Rusiya elitasının tanınmış simaları – Aleksandr Dugin, deputat V.Savelyev, jurnalist M.Şevçenko, hərbi ekspert Korotçenko və bir çox başqaları birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini nümayiş etdiriblər.

Lakin Mariya Zaxarovanın fikrincə, bu görkəmli rusiyalıların mövqeyi Rusiya XİN-in mövqeyi ilə üst-üstə düşmür.

"Demokratik cəmiyyətə malik hər bir ölkədə xeyli sayda ekspert və siyasətçilər var ki, öz şəxsi mövqelərini bildirirlər. Bu, dövlətin mövqeyi olmasa da, onların buna haqqı var”, - Azərbaycanın ərazi bütövlüyünün bərpasını və Aran Qarabağın işğaldan tezliklə azad edilməsini tələb etmiş məşhur rusiyalıların sözlərini şərh edərkən M.Zaxarova belə deyib.

Virtualaz.org



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook