SON XƏBƏR

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Aprel 13
14:49 2018
Aprelin 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
 
BFB-dən AZƏRTAC-a bildiriblər ki, diskontlu, qısamüddətli dövlət istiqrazlarının ümumi həcmi 35 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2019-cu il aprelin 16-dır. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.
 
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.
 
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər” bölməsində yerləşdirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook