SON XƏBƏR

Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib

Aprel 12
15:40 2018
Maliyyə Nazirliyinin dövlətə məxsus olan hüquqi şəxslərə müraciət edib

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2016-cı il tarixli fərmanı ilə "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilib.

"Bu qaydaların 3.1 bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər. Məlumat üçün bildiririk ki, növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək Agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq", - deyə məlumatda vurğulanıb."APA-Economics"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook