SON XƏBƏR

Makron Avropanı iri dövlətlərə qarşı müqavimət göstərməyə çağırdı

Noyabr 19
09:53 2018
Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə müqavimət göstərmək üçün güclü olmalıdır.

Bunu Fransa prezidenti Emmanuel Makron bundestaqda çıxışı zamanı deyib.

"Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın xaosa bürünməsinə mane olmağa borcludur…Məhz buna görə Avropa daha güclü və daha müstəqil olmalıdır", - deyə o bildirib.

Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu oynaya bilməz.

Xatırladaq ki, Makron bundan əvvəl Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirmişdi.
 
(Report.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook