SON XƏBƏR

Makkeyn: “ABŞ bölgədə Türkiyə ilə çalışmalıdır”

Fevral 21
11:34 2017
ABŞ Senatında Silahlı Xidmətlər Komitəsinin sədri Con Makkeyn dünən Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
 
Respublikaçı senator Con Makkeyn prezident Ərdoğan ilə səmimi və məhsuldar bir görüş keçirdiyini bildirib. Ortaq demokratik dəyərlər əsasında Türk-Amerikan ittifaqının önəminə hər zaman diqqət çəkən Makkeyn "Avropa və Yaxın Şərqdəki qarışıqlıqların artdığı bir dövrdə bu ittifaq (Türk-Amerikan ittifaqı) hər zamankındən daha əhəmiyyətlidir” deyib. Senator Ərdoğan ilə xüsusilə Suriyadakı son vəziyyət haqqında ətraflı fikir mübadiləsi apardığını bildirib.
Vəzifəsinə bir ay əvvəl başlayan Donald Tramp rəhbərliyinə işarə edən Makkeyn "ABŞ-dakı rəhbərlik dəyişikliyi Suriyadakı mövcud siyasətin yenidən qiymətləndirilməsi üçün əhəmiyyətli bir fürsət yaradır” deyib.
 
Makkeyn eyni zamanda bunları qeyd edib: "ABŞ DEAŞ-ı sürətlə və birdəfəlik məğlub etmək, düşmənlərimizin əks təsirinə qarşı dayanmaq və bölgədə əminlik yaradan bir güc tarazlığı qura bilmək üçün Türkiyə ilə çalışmalıdır. Bu məqsədlə Prezident Ərdoğan Suriyada etibarlı bölgələr yaradılması və Rakkanın geri alınması üçün bir təklif ortaya qoyub. Bu təklif ABŞ tərəfindən ciddi şəkildə nəzərdən keçirilməlidir.”
Azadliq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook