SON XƏBƏR

Makedoniya prezidenti ölkənin adını dəyişməkdən imtina etdi

İyun 14
09:50 2018
Makedoniya prezidenti Qeorqe İvanov rəsmi Afina ilə Skopye arasında ölkənin yeni adı ilə bağlı əldə olunmuş razılaşmadan narazıdır

Oxu.Az xəbər verir ki, bu haqda "Associated Press” məlumat yayıb.

"Makedoniya prezidenti Qeorqe İvanov, Yunanıstan hökuməti ilə yeni sazişi imzalamayacağını bildirib”, - deyə agentliyin məlumatında qeyd olunur.

Xatırladaq ki, ötən gün Makedoniya baş naziri Zoran Zayev, ölkələrin uzun illərdən sonra dövlətin yeni adı ilə bağlı konsensusa gəldiyini və ölkənin bundan sonra  Şimali Makedoniya adlandırılacağını bəyan etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook