Mahir Abbazadə yüzlərlə laçınlılarla görüşdü - FOTOLAR
Yanvar 23
22:56
2020
VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində məskunlaşmış seçiciləri ilə görüş keçirib.
Görüş zamanı 400-ə yaxın məcburi köçkünün problemlərini dinləyən Mahir Abbaszadə qeyd edib ki, onların qayğılarının hamısına yaxından bələddir və seçiləcəyi təqdirdə, hər bir ailənin müraciətinin müsbət həlli üçün müvafiq addımlar atacaq.
Görüşdə çıxış edən Laçın rayon ağsaqqalları Mahir Abbaszadəyə uğurlar arzulayıb.
Tədbir iştirakçıları 9 fevral seçkilərində Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.
Xatırladaq ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstərir.