SON XƏBƏR

Mahir Abbaszadə Abşeronda seçiciləri ilə görüşüb - FOTO

Yanvar 21
21:09 2020
121 saylı Laçın seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Mahir Abbaszadə seçiciləri ilə növbəti görüşünü keçirib.

Unikal.org xəbər verir ki, Abşeron rayonu Mədəniyyət evi, daha sonra isə rayon ərazisində yerləşən hərbi şəhərcikdə keçirilən görüşdə Laçın rayonundan 300-ə yaxın məcburi köçkün iştirak edib.

Görüşlərdə Mahir Abbaszadənin bundan öncəki deputatlıq fəaliyyəti dövründə həyata keçirilən işlər haqqında məlumat verilib. İştırakçılar Milli Məclisinin V çağırış deputatlığı dövründə Mahir Abbaszadəyə edilən müraciətlər və onların həlli istiqamətində atılmış addımlar haqqında danışıb. Bildirilib ki, M. Abbaszadəyə müxtəlif sosial problemlərin həlli ilə bağlı edilən müraciətlər dərhal nəzarətə götürülüb və həlli üçün müvafiq tədbirlər görülüb.

Qeyd olunub ki, yerli və beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil etməklə yanaşı, o, daim seçiciləri ilə görüşüb və onların qayğı və problemləri ilə maraqlanıb. Mahir Abbaszadə Milli Məclisdə çıxışları zamanı ölkə əhəmiyyətli, xüsusi ilə məcburi köçkünləri maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdirib.

Tədbir iştirakçıları 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə Mahir Abbaszadəyə səs verəcəklərini ifadə ediblər. Eyni zamanda, yenidən deputat seçiləcəyi təqdirdə gözləntilərini dilə gətiriblər.

Daha sonra Mahir Abbaszadə Abşeron rayonu Pirəküşkül qəsəbəsi yaxınlığında yerləşən yeni yaşayış massivində müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün 100 yaşlı Qədimalıyeva Zəhra Qələndər qızına baş çəkib. Zəhra Qədimalıyeva ilə söhbət zamanı, ailənin problemləri ilə maraqlanılıb, deputatlığa namizəddən gözləntilər dilə gətirilib.

Mahir Abbaszadə seçiciləri ilə görüş zamanı bildirib ki, problemlərinə yaxından bələd olduğu laçınlıların səs çoxluğu ilə yenidən deputat seçiləcəyi təqdirdə, hər bir ailənin müraciəti ilə yaxından maraqlanacaq və həlli üçün müvafiq işlər görüləcək.

Zəhra Qədimalıyevanın ailə üzvləri Mahir Abbaszadənin namizədləyini dəstəkləyəcəklərini bildirib.

Qeyd edək ki, Laçın rayonundan olan məcburi köçkünlər Azərbaycanın 58 rayonunda məskunlaşıb. Onların səsvermədə iştirakını təmin etmək üçün 121 saylı Laçın seçki dairəsinin ölkə üzrə 102 seçki məntəqəsi fəaliyyət göstərir. YAP-ın namizədi Mahir Abbaszadənin seçki qabağı kampaniya çərçivəsində laçınlıların sıx məskunlaşdığı bölgələrdə 15-dən çox görüş keçirəcəyi gözlənilir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook