SON XƏBƏR

Maduro: "Mən Stalinə oxşayıram"

Sentyabr 18
09:37 2017
Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, onunla İosif Stalin arasında oxşarlıq var. Trend-in məlumatına görə, o, belə bir fikirlə yerli "Venezolana de Televisión" telekanalında "Maduro bazar günü" proqramının efirində çıxış edib.
 
Venesuela prezidenti deyib: "Elə adamlar var ki, məni Karibin Stalini hesab edirlər. Və mən ona oxşayıram. Bir mənə profildən baxın".
 
Daha sonra o, əlavə edib: "Bəzən güzgüdə özümə baxır və özümü Stalinə oxşadıram".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook