SON XƏBƏR

Madrid metrosunda ayaqları aralayıb oturmaq qadağan edildi

İyun 09
07:07 2017
Madridin ictimai nəqliyyatında xüsusən kişilərin ayaqlarını geniş açaraq oturması qadağan olunub.
 
Bu barədə lenta.ru saytı "The Local”a istinadən yazıb. Madridin bələdiyyə nəqliyyat kompaniyası elan edib ki, metrolarda bu cür oturuşun qadağan olunması ilə bağlı xüsusi xəbərdarlıq nişanları qoyulacaq. Həmin nişanlarda ayaqlarını yetərincə böyük aralayıb oturmuş və oturacağa sığmayan kişi fiquru əks olunub. Müraciətdə bildirilir ki, başqalarına mane olacaq pozada oturmaq qadağandır və bu, digər sərnişinlərin rahatlığına görə nəzərə alınıb.
 
Sözügedən qərarın qəbul olunmasına səbəb isə change.org saytında keçirilən yazılı səsvermə olub. Həmin səsvermədə Madrid metropolitenində hörmətsiz oturuşa qarşı etiraz və bu cür oturanlara qarşı cəza öz əksini tapmışdı. Petisiyada həmçinin qeyd olunurdu ki, "bu cür hörmətsiz oturma qaydasına görə başqalarının yeri zəbt olunur”.
 
Eyni petisiya 2014-cü ildə Nyu-York və Sietl şəhərlərində də imzalanıb.
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook