SON XƏBƏR

Ülvi Quliyev: Ölkəmizdə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli ilə bağlı mühüm addımlar atılır

Avqust 05
14:01 2016
«Bu gün ölkəmizdə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli ilə bağlı mühüm addımlar atılır. Bu addımlar əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclərlə bağlı dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinə əsaslanır».
 
Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev deyib.
 
Ü.Quliyev bildirib ki, gənclərlə bağlı dövlət siyasətinin inkişaf trayektoriyası qısa müddət ərzində və mərhələli şəkildə inkişaf etdirilən bir yoldur. Onun sözlərinə görə, dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.
 
«Bu mənada müasir gəncliyin hərtərəfli inkişafı üçün əsaslı addımlar atılıb. Bu sıraya «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanununun qəbulu, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və gənclərin inkişafı ilə bağlı Dövlət Proqramlarının qəbulu, eləcə də başqa fəaliyyətlər daxil edilə bilər. Ümumiyyətlə, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, o cümlədən, gənclər təşkilatlarına dövlət yardımının edilməsi kimi nəticəsi olan, effektiv addımlar günümüzün reallıqlarıdır»- deyə, Ü.Quliyev vurğulayıb.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook