SON XƏBƏR

Lütfi Zadənin 96 yaşı qeyd olundu

Fevral 06
00:12 2017
ABŞ-da yaşayan Dünya şöhrətli azərbaycanli alim Professor Lütfi Ə.Zadənin 96 yaşı tamam olub. Bu goğum günündə də yaxınları onu tək qoymayıblar.

AzTU-nun texnika elmləri doktoru, Lütfi Ə.Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazova Oxu.az-a verdiyi məlumata görə, Professorun doğum günü onun evində qeyd ediblər.

"Mən ona möhkəm can sağlığı, uzun omür və aktiv elmi fəaliyyət arzulayıram. O, bir dəfə mənə müsahibəsində demişdir: "Allah mənə o qədər ömür versin ki, mən bütün ideyalarımı, yeniliklərimi və elmi fikirlərimi həyata keçirə bilim”. Mən onun arzusuna qoşuluram. Onu da deyim ki, mən indi Zadənin yanında, Amerikadayam. O, indi də elmi fəaliyyətdə aktivdir, yenə elmi məqalələr, qrantlar üzərində işləyir. Bir daha onu ad günü münasibətilə təbrik edir, ona elmi yeniliklərini, elmi istiqamətlərini həyata keçirtməkdə ona can sağlığı və uzun ömür arzulayıram”.

Şahnaz N.Şahbazova qeyd edib ki, bu günlərdə -1 Fevral 2017-ci ildə BİSC qrupun elmi dəyirmi seminarında professor L.Zadə iştirak edib, və o, digər nisbətən cavan alimlərdən də çox aktiv olub. 2 saatlıq seminarda professor Zadə çıxış da edib.

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook