SON XƏBƏR

Lukaşenkonun Ermənistana səfərini yarımçıq dayandırmasının səbəbi açıqlandı

Oktyabr 03
13:13 2019
"Belarus prezidenti Aleksandr Lukaşenkonun ailəsində bədbəxt hadisə baş verdiyi üçün Avrasiya İqtisadi İttifaqının Ali Şurasının tədbirini tez tərk etdi”.

Qlobal.az "Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Aleksandr Lukaşenkonun ailəsində yas mərasimi olduğu üçün tədbiri tez tərk edərək Ermənstandan getdi. Onun həmin mərasimdə iştirakı vacib idi”, -deyə o, vurğulayıb.

Qeyd edək ki, qurumun toplantısı oktyabrın 1-də Yerevanda keçirilib. Belarus prezidenti A.Lukaşenko sentyabrın 30-da Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Ermənistana səfər edib. O, Yerevanda bildirib ki, Belarus Ermənistana qarşı olanlarla dost olmayacaq: "Ermənistanla çiyin-çiyinə olacağıq. Vəziyyət elə gətirib ki, siz (Ermənistanın baş naziri Nikol Paşinyanı nəzərdə tutur- red.) mənim çox yaxşı dostumsunuz, Azərbaycan Prezidenti mənim köhnə dostumdur. İndi mən nə edim? Mən Ermənistana da, Azərbaycana da yaxşı münasibət göstərirəm. Biz Ermənistanın maraqları naminə işləməyə hazırıq”.

Nikol Paşinyan cavabında deyib: "Siz bizim Azərbaycanla münasibətimizin yetirincə yaxşı olmadığını, açıq deyəcəm münaqişədə olduğumuzu bilirizsiz. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bu məsələni müzakirə etmişik. Əlbəttə, hər dövlətin özünün maraqları var. Ancaq mən kollektiv maraqlarımızın da olduğunu qeyd etməliyəm. Mən şadam ki, biz bir yerdə işləyib, bütün nüansları müzakirə edib, ümumi qənatətə gələ bilərik”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook