SON XƏBƏR

Lotu Quliyə sui-qəsd: Öz yaxını ona 4 güllə vurdu - FOTO

Avqust 20
04:56 2020
Kriminal aləmin lideri, Lotu Quli ləqəbli Nadir Səlifov sui-qəsd nəticəsində Antalyada öldürülüb.
 
Hadisənin necə baş verdiyi barədə məlumat verilməsə də, sui-qəsdçinin onun öz yaxınlığındakı adam, Xan ləqəbli kriminal avtoritetdir. Xan son zamanlar Qulinin öz təşəbbüsü ilə onun yaxın əhatəsinə daxil olub.

Sui-qəsdçinin yaralanması barədə məlumatlar var. Həmin məlumatlarda iddia olunur ki, yaralanmasına baxmayraq, Xan hadisə yerindən qaça bilib.
 
Atışmada Nadir Səlifovun Türkiyə vətəndaşı olan qorumasının da həlak olduğu gələn məlumatlar arasındadır.

Başqa bir qaynaq isə iddia edir ki, Qulinin komada olduğunu deyir.

Qeyd edək ki, bütün bunlar ilkin məlumatlardır. Ona görə də bəzi detalların yanlış olması mümkündür.

Məlumatı Musavat.com yayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook