SON XƏBƏR

Los-Ancelesdə Azərbaycana dair təqdimat keçirilib

Aprel 24
10:17 2018
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu şəhərdə yerləşən Bəhai Mərkəzində Azərbaycana dair təqdimatla çıxış edib.
 
Baş Konsulluqdan musavat.com-a verilən məlumata görə, Los-Ancelesin Bəhai icmasının dəvətilə baş tutan təqdimatda 600-ə yaxın icma üzvi iştirak edib.
 
Təqdimat Baş Konsulluğun Los-Ancelesdə fəaliyyət göstərən dini icmalarla münasibətlərin qurulması yönündə apardığı iş çərçivəsində keçirilib.
 
Baş konsul çıxışında ilk olaraq Azərbaycanın tarixi, zəngin mədəniyyəti, yerləşdiyi coğrafi mühit haqqında qonaqlara məlumat verib. O, daha sonra Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələri haqqında danışaraq, bu dəyərlərin ölkəmizdə əsrlərdən bəri mövcud olduğunu diqqətə çatdırıb. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini vurğulayıb.
 
Azərbaycan multikulturalizmi və tolerantlığı icma üzvləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook